Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq
Havanın temperaturunun gecə 16-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir. Bakıda gecə 16-18° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 19-da hava əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.