banner
banner

İdman

Daha 4 boksçumuzun rəqibi bəlli oldu - Avropa çempionatı

Daha 4 boksçumuzun rəqibi bəlli oldu - Avropa çempionatı

Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 4 boksçusunun ilk rəqibi müəyyənləşib. 

Azərbaycan Boks Federasiyasında Qol.az-a verilən məlumata görə, 52 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Elvin Məmişzadə 1/8 finalda Manuel Fabritsio Kappai (İtaliya) ilə üz-üzə gələcək.

Dünya çempionumuzun rəqibinin adı yarışın ikinci günü məlum olub. 1/16 finalda  İstvan Şakanı (Macarıstan) 4:1 hesabı ilə məğlub edən italiyalı mərhələ adladığından 1/8 finalda Məmişzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan Elvin Kappai ilə iyunun 19-da döyüşəcək.

56 kq çəki dərəcəsində rinqə çıxacaq Tayfur Əliyev debütdə Antoni Ceyms Uolkerlə (İrlandiya) gücünü yoxlayacaq. Təmsilçimizin rəqibi 1/16 finalda gürcüstanlı Severlan Çiladzeyə qalib gəlib – 5:0. Əliyevlə Uolkerin döyüşü iyunun 20-də baş tutacaq.

69 kq çəki dərəcəsində mübarizə aparacaq Pərviz Bağırov 1/8 finalda Simyon Çamovla (Bolqarıstan) qüvvəsini sınayacaq. Həmyerlimizin rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. 5:0 hesablı qələbə sayəsində Anas Messaudini (Belçika) mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan Bağırovla qarşılaşmaq hüququ əldə edib. Pərvizin ilk görüşü iyunun 19-da olacaq.

Abdulqadir Abdullayev (91 kq) isə startda Şott Antoni Forresti (Şotlandiya) sınağa çəkəcək. Bu boksçu 1/16 finalda Zoran Radiçi (Serbiya) 5:0 hesabı ilə məğlub edib. Təmsilçimizin şotlandiyalı ilə qarşılaşması iyunun 20-də keçiriləcək



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.