Xəbər verdiyimiz kimi, müğənni Cennifer Lopez və sevgilisi, keçmiş beysbolçu Aleks Rodrigez Fransada istirahətdədirlər. Bir gün əvvəl Kannda çimərlik geyimində görütülənən sənətçi və sevgilisi daha sonra Parisdəki muzeylərdən birini ziyarət ediblər. Hər zaman dəbli geyinən Cey Lo bu dəfə də seçilib. Bir müddət əvvəl ayrıldıqları deyilən cütlük romantik səyahətləri ilə dedi-qodulara son qoyublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.