banner
banner

İdman

Klublarımızın Avroliqada rəqibi müəyyənləşir

Klublarımızın Avroliqada rəqibi müəyyənləşir

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılacaq. 

Qol.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Ölkəmizi bu turnirdə üç komanda – “Qəbələ”, “Zirə”, və “İnter” təmsil edəcək.  “İnter”lə “Zirə” mübarizəyə I təsnifat mərhələsindən start verəcək. Səpələnmişlər sırasında qərarlaşan komandalarımız nisbətən zəif rəqiblərlə qarşılaşacaqlar.

Səpələnməmişlər səbətində olan 50 komandadan 48-i təmsilçilərimizə rəqib ola bilər. Ermənistan klubları “Pünik” və “Qandzasar” isə komandalarımızla qarşılaşa bilməz.

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Makkabi” (Təl-Əviv, İsrail), “Midtyulland” (Danimarka), “Dinamo” (Belarus), “Lex” (Polşa), HİK (Finlandiya), AİK (İsveç), “Voyvodina” (Serbiya), “Videoton” (Macarıstan), AEL (Kipr), “Şaxtyor” (Belarus), “Slovan” (Slovakiya), “Srvena Zvezda” (Serbiya), “Trençin” (Slovakiya), “Skenderbeu” (Albaniya), “Rayndorf” (Avstriya), “Sent Conston” (Şotlandiya), AEK (Kipr), “İnter” (Azərbaycan), “Beytar” (İsrail),  “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Osiyek” (Xorvatiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Reykyavik” (İslandiya), “Norçepinq” (İsveç), “Milsami” (Moldova), “Lyunqbyu” (Danimarka), “Kalyu” (Estoniya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Botev” (Bolqarıstan), “Olimpiya” (Sloveniya), “Valletta” (Malta), “Vaduts” (Lixtenşteyn), “Yagelloniya” (Polşa), “Levski” (Bolqarıstan), MOİK (Bolqarıstan), “Styarnan” (İslandiya), “Hoqesund” (Norveç), “Domjale” (Sloveniya), “Ordabaşı” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Ferensvaroş” (Macarıstan), “Kruzaders” (Şimali İrlandiya), “Rabotniçki” (Makedoniya), “Qlazqo Reyncers” (Şotlandiya), “Şirak” (Ermənistan), “Daçiya” (Moldova), “Mladost” (Monteneqro), “Zirə” (Azərbaycan)
 
Səpələnməmişlər

“İrtış” (Qazaxıstan), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), “Nova Qoritsa” (Sloveniya), “Sutyeska” (Monteneqro), “Pünik” (Ermənistan), “Partizani” (Albaniya), “Mladost” (Serbiya), “Şemrok Rovers” (İrlandiya), “Flora” (Estoniya), “Çixura” (Gürcüstan), “Linkoln” (Cəbəllütariq), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Kork Siti” (İrlandiya), “Zeta” (Monteneqro), B-36 (Farer adaları), “Rujomberok” (Slovakiya), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Zarya” (Moldova), “Vaasa” (Finlandiya), “Valyur” (İslandiya), “Vaşaş” (Macarıstan), “Atlantas” (Litva), “Suduva” (Litva), “Tirana” (Albaniya), “Qandzasar” (Ermənistan), “Torpedo” (Gürcüstan), “Trakai” (Litva), “Tre Penne” (San-Marino), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Baltsan” (Malta), “Konnak” (Uels), “Banqor” (Uels), “UE Santa Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya), “Folqor” (San Marino), “Floriana” (Malta), “Kolreyn” (Şimali İrlandiya), “Ballimena” (Şimali İrlandiya), “Sent Culiya” (Andorra), “Klaksvik” (Farer adaları), “Sent Cozef” (Cəbəllütariq), “Priştina” (Kosovo)
 
Ardıcıl iki ildir Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyən “Qəbələ” isə mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq.

Topaz Premyer Liqasının gümüş mükafatçısı  püşkatmada səpələnməmişlər sırasında olan 4 komanda və ya ilk təsnifat mərhələsinin cütlərindən biri ilə üz-üzə gələcək.
 
II təsnifat mərhələsi

Səpələnmişlər

“Qalatasaray” (Türkiyə), “Astra” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Mlada Boleslav” (Çexiya), “Luzern” (İsveçrə), “Brondbü” (Danimarka), “Qəbələ” (Azərbaycan), “Aberdin” (Şotlandiya), “Utrext” (Hollandiya), “Şturm” (Avstriya), “Panionios” (Yunanıstan)
 
Səpələnməmişlər

“Bney Yehuda” (İsrail), “Dinamo” (Brest, Belarus), “Ostersun” (İsveç), “Brann” (Norveç)
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixlərində keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.