banner
banner

Gündəm

19 iyun Mübariz İbrahimovun günüdür

19 iyun Mübariz İbrahimovun günüdür

2010-cu il iyunun 19-dan Azərbaycanda hamı - qocalar, cavanlar, uşaqlar  - Mübariz İbrahimovun misilsiz qəhrəmanlığı, igidliyi haqqında danışmağa başlamışdı. O, öz qəhrəmanlığı ilə göstərdi ki, canını Vətən torpaqlarının yolunda hər an qurban verməyə hazır olan igidlərimiz hələ çoxdur. Mübariz öz həyatını qurban verməklə Azərbaycana bir örnək göstərdi. 
Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması çoxaldılaraq gənclər arasında sürətlə yayıldıqdan sonra, heç şübhəsiz onun kimi olmaq istəyənlərin sırası genişləndi. 
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin”.

2016-cı ilin “Aprel döyüşləri”ndə neçə-neçə Mübarizlərin qəhrəmanlıq göstərməsi, canını Vətən uğrunda fəda etməsi bu xalqın qəhrəmanlarının hələ tükənmədiyini bir daha subut etdi. 

Azər­bayc­an xal­qı­nın böyük Qa­ra­bağ dərdi var, müharibə apardığımızdan, cəmiyyətimizdə vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması çox vacibdir.
Bunun üçün isə təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi vətənpərvərlik tərbiyəsinin təbliği, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır. 

Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olmalısan.
Bəzən deyirlər ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Razılaşmamaq olmur. Məhz ailə uşağı elə tərbiyə eləyə bilər ki, o vətənə, ruhunda, düşmə­nə isə ni­frət hissləri ilə böyüsün... 
Mübarizin ailəsi onu belə böyütmüşdü, mərd, vətənpərvər...

Torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır. Mübarizin ata-anası kimi...

Şəhid gizir Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirirdi. Mübariz 2010-cu il iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan silahlı qüvvələrinin səngərinə daxil olaraq düşmənin sinəsinə dağ çəkib, xeyli erməni hərbçisini məhv edib, qəhrəmanlıqla şəhid olub.

Rəsmi məlumatlara görə, Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Amma bu rəsmi məlumatdır... Düşmənin itkisi bundan çox olub, bunu ermənilər qeyri-rəsmi olaraq etiraf ediblər...

Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnək, nümunə oldu.

M.İbrahimova ölümündən sonra Prezident tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bu gün - 19 iyun onun şəhidliyə ucaldığı gündür, Allah rəhmət eləsin!

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.