Vəlvələ çayı üzərindəki körpüdə təmir-bərpa işləri başladı
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlər sərhədi avtomobil yolunun 146 km-də Vəlvələ çayı üzərində yerləşən körpüdə təmir-bərpa işlərinə başlanılır.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Modern.az-a verdiyi məlumata görə, təmir-bərpa işlərinin başlanılmasına səbəb körpünün uzun müddət istismarda olması, həmçinin körpü üzərində mütamadi olaraq iri tonnajlaı yük maşınlarının hərəkəti və yaz-yay aylarında leysan yağışlar nəticəsində çayda sululuğun artmasıdır.
“Aparılacaq təmir işləri zamanı körpünün özündə və dayaqlarında əlavə bərkitmə işləri aparılacaq, sutənzimləyici qurğular və mühafizə bəndləri bərpa olunacaq. Bu isə öz növbəsində gələcəkdə ağır tonnajlı yük maşınlarının və sel sularının körpüyə ziyan vurmasının qarşısını almış olacaq. Təmir müddətində körpünün üzərində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılaraq yaxınlıqda salınan alternativ yola yönəldiləcək”.
Qurum rəsmisi bildirib ki, alternativ olaraq salınan yolun eni 8 m, uzunluğu isə 800 m-dir.
Qeyd edək ki, Vəlvələ çay üzərində yerləşən və uzunluğu 120 m olan 7 aşırımlı körpü 1972-ci ildə inşa olunub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.