banner
banner

Gündəm

Məleykə Abbaszadə: Əlavə qəbula 5000-dən çox abituriyent sənəd verib

Məleykə Abbaszadə: Əlavə qəbula 5000-dən çox abituriyent sənəd verib

Ali və orta ixtisas məktəblərinə may ayında əlavə olaraq aparılan sənəd qəbulu zamanı 5000-dən çox abituriyent yenidən sənəd verib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə qeyd edib ki, bu il ümumilikdə 90 min abituriyent qəbul prosesində iştirak edir. Onların bir qismi I-IV, digər qismi isə V qrupa və kolleclərə sənəd verib: 

"Bu rəqəmlər ötən illə demək olar ki, eyni həddədir. Nəzərə almaq lazımdır ki, bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb. Hər il abituriyentlərin əsas kontingenti cari ilin məzunları təşkil edir. Bu il I-IV qrupda iştirak edənlərin 70 faizi bu ilin, qalanlar isə əvvəlki illərin məzunlarıdır".

M.Abbaszadə yaz qəbul imtahanlarında 680-dən çox bal toplayanların yay imtahanlarında yenidən iştirakına münasibət bildirərək qeyd edib ki, bu, onların ikinci şansıdır və onlar bu şanslarından istifadə edə bilərlər:

"Onlar qarşılarına 700 bal toplamağı hədəf qoyublarsa, biz bunu sadəcə alqışlaya bilərik".

M.Abbaszadə bildirib ki, qəbul və buraxılış imtahanlarında nəticəsi ləğv olunanlara əlavə şans verilmir:

"Köçürməyə cəhd edənlərin nəticələri ləğv olunur. Buraxılış imtahanlarının nəticələrinin ləğv olunması o deməkdir ki, həmin məzunun attestat almaq məsələsi də sual altına düşür.

Ancaq əvvəldən də xəbərdarlıq edilmişdi ki, imtahanlara nə əlavə vəsaitlə gəlmək, nə də köçürmək olmaz. Təbii ki, nəticəsi ləğv olunanlara əlavə şans verilmir. Belə şans verilsə, onlar hesab edərlər ki, mən yenə də qanunu pozum, bu dəfə aşkarlansa da, gələn dəfə aşkarlanmayacaq".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.