“Real”ın keçmiş hücumçusu Raul yenidən doğma klubuna qayıtmaq üzrədir.
Qol.az-ın AS- istinadən yaydığı xəbərə görə, 39 yaşlı sabiq forvad “Kral klubu”nda baş direktorun köməkçisi vəzifəsini tutacaq.
Raul klubun rəhbərliyi və personalı arasında vasitəçi rolunu oynamalıdır. O həmçinin, “Real”ın Valdebebasdakı bazasını idarə edəcək.
Qeyd edək ki, Raul 1994-2010-cu illər aralığında “Real”ın formasını geyib. Daha sonra isə ulduz futbolçu “Şalke”, “Əl-Sədd” və “Nyu-York Kosmos”da çıxış edib
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.