175 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib. Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
Dəyişikliyə əsasən, 175 nömrəli marşrut xətti üzrə Nobel prospekti, İzzət Orucov küçəsi, Xocalı prospekti ilə hərəkət edən avtobuslar bundan sonra İzzət Orucov küçəsinə daxil olmadan Nobel pr, Nəcəfqulu Rəfiyev küç. Xocalı prospekti ilə hərəkət edəcək. Dəyişiklik edilməsi ilə bağlı qərar Nəcəfqulu Rəfiyev küçəsi sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ümvanlanan çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.
Məlumat üçün bildirək ki, hazırda 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş traektoriya ilə hərəkət edir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.