Hollivud ulduzu Ancelina Coli 20 iyun – Beynəlxalq Qaçqınlar Günü münasibətilə BMT-nin xüsusi səfiri olaraq Keniyaya yollanıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Nayrobidə qaçqınlarla görüşən 42 yaşlı aktrisa zorakılıq problemlərindən danışıb. Hərbi münaqişələr zamanı seksual zorakılıq məsələsinə həsr olunmuş tədbirdə iştirak edən Coli həssas çıxışı ilə yadda qalıb:
“Seksual zorakılığın təhlükəsi kimisə qorumağa and içmiş xüsusi formalı insanlar tərəfindən edildikdə daha da artır. Bu səbəbdən hərbçilərin çiyinlərinə daha böyük məsuliyyət düşür və onlar öz vəzifə öhdəliklərinə hörmət etməlidirlər”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.