Bir neçə gün əvvəl klubla yeni müqavilə imzalamayacağını bildirən Canluici Donnaruma fikrindən daşına bilər.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Milan”la 18 yaşlı qapıçı arasında danışıqlar yenidən bərpa olunub. Bu səbəbdən də Donnarummanın fikrini dəyişmək ehtimalı var.
Hazırda “Milan” yeni qapıçı axtarışını da dayandırıb.
Qeyd edək ki, Donnarummanın hazırkı müqaviləsi 2018-ci ilin yayında bitir
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.