Model Eşli Qrem özü kimi kök xanımları modellik sənətinə həvəsləndirmək üçün onlarla səmimi söhbət edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Karolena, Anastasiya, Alissia və Kaitlin adlı 4 qadını kameralar qarşısına keçirən Eşli onlar utanmasın deyə soyunub.
O, qadınlara daha cəsarətli olmağı və ayna qarşısına keçərkən bədənlərindən utanmamaqlarını məsləhət görüb:
“Mən əvvəllər güzgü önündə bədənimdə sevmədiyim yerləri görürdüm, bu zaman özümə güvənim itirdi. Ona görə artıq vücudumun ən sevdiyim yerlərinə baxıram və özümü hamıdan gözəl hesab edirəm. Bədənimdə sinəmi, belimi çox sevirəm”.
Qeyd edək ki, E.Qrem böyük bədən modellər arasında alt paltarları firmalarının əsas simasıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.