Amerika Kaliforniya ştatının Los Anceles şəhərində müstəsna olaraq qadınlar üçün nəzərdə tutulmuş məscid açılıb. Bir qadın imamı olan, Los Ancelesin mərkəzində yerləşən məscidə cümə namazı vaxtı 150-yə yaxın müsəlman qadın gedib. Məscidi 2 kaliforniyalı qadın köhnə sinaqoq binasında açıb.
Cümə namazında qadının xütbə ilə çıxış etməsi Amerika İslam alimləri tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, yerli İslam alimi Fürhan Zübeyrinin dediyinə görə İslam tarixi və şəriətində belə bir presedentə rast gəlinməyib.
Gələcəkdə məsciddə qadınlar üçün müqəddəs Quran dərslərinin keçirilməsi də planlaşdırılır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.