banner
banner

Dünya

Afrikada daha bir epidemiya yayılır

Afrikada daha bir epidemiya yayılır

Madaqaskarda yayılmağa başlayan taun xəstəliyi artıq 40 nəfərin həyatına son qoyub. 

ANS PRESS-in məlumatına görə, İndiyədək xəstəliyə 119 nəfərin yoluxduğu bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı, xəstəliyin paytaxt Antanannarivunun ətrafındakı əhalinin sıx yaşadığı gecəqondularda yayılmasına görə narahatdır.

Taun insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir.

Qeyd edək ki, Afrikada baş qaldıran başqa epidemiya - ebola xəstəliyi ilə mübarizə isə artıq nəticəsini verir, xəstəlik səngiməyə başlayır.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.