banner
banner

Dünya

ABŞ Rusiyanı yenə hədələdi

ABŞ Rusiyanı yenə hədələdi

Amerika prezidenti Barak Obama Rusiyanın Ukraynaya qarşı təcavüz siyasətinin davam etdiyini bildirib.

ANS PRESS-in məlumatına görə, o bunu CNN-ə müsahibəsində deyib.

“Krımın anneksiyası ilə Rusiya nə isə qazanmayıb, əksinə itirib. Hansısa torpaq parçasının fəth edilməsinin dövlətin qüdrətinin göstəricisi sayıldığı dövrlər arxada qalıb. İndi dövlətin gücü onun intellektual səviyyəsi, bacarığı, mal və məhsul ixracı, yeni xidmət və məhsulların ixtirası ilə ölçülür”- deyə Oama bildirib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkə üçün ağır olsa da, Putin Ukrayna ilə bağlı siyasətini dəyişməyib, əksinə Ukrayanın şərqində rusiyameylli separatçılar aktivləşib. Putin üzdə sülhdən danışsa da, hərəkətləri başqa şeydən xəbər verir. Obama hesab edir ki, Putin Qərbin Ukraynada hakimiyyət keçidini təmin etməsi ilə barışa bilmir və və o zamandan bəri beynəlxalq normalara zidd qərarlar verir.

ABŞ prezidenti deyib ki, onun ölkəsinin Rusiya ilə hərbi münaqişəyə girməsi müdrik hərəkət olmazdı. Amma ABŞ Ukraynaya təcavüzünü davam etdirən Rusiyanın buna görə daha çox təzyiq altına düşməsi üçün fəaliyyətini davam etdirəcək. Üstəlik də Rusiya ilə həmsərhəd NATO ölkələrini gücləndirəcək ki, Rusiya qırmızı xətti keçəcəyi təqdirdə buna hərbi cavab veriləcəyini anlasın.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.