banner
banner

Gündəm

Aydın Abbasov: “Allah qismət edərsə, "Double VİP" tikdirəcəm”

Aydın Abbasov: “Allah qismət edərsə, "Double VİP" tikdirəcəm”

Milli Məclisin keçmiş deputatı, Aydın Abbasovun Dağıstanın Dərbənd şəhərinin tarixi hissəsində yerləşən Nizami parkının ərazisində çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirməsi barədə mətbuat səhifələrində məlumat yer almaqdadır.  Məlumatı yayan “RİA Dagestan” agentliyi tikintinin baş tutmasını Aydın Abbasovla Dağıstan rəhbəri Ramazan Abdulatipovun yaxın dost olması ilə əlaqələndirir.

Keçmiş deputat Aydın Abbasov isə Modern.az-a açıqlamasında məsələ ilə bağlı bunları deyib. 

“Tikib yaratmaq sünnətdir. Mən isə yaşayış kompleksi tikməmişəm. Amma Allah qismət edərsə, VİP yox, Double (ikili) VİP tikdirəcəm. Qaldı ki, bu yazıya və onu yazana. Təbii ki, sözüm yoxdur...”.

Aydın Abbasov Dağıstan rəhbəri Ramazan Abdulatiovla dostluq əlaqələrinin olmasına dair suala belə cavab verib.

“Mənim bir çox adamlarla dostluğum var. Amma hamısından yazmaq mümkün deyil.  Həmçinin, Dağıstan rəhbəri Ramazan Abdulatipov da ailəmin dostudur. Ən əsası Azərbaycanın dostudur. Bir müddət bundan əvvəl Ramazan Abdulatipov Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunub”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.