banner
banner

Hərbİ

Qarabağda vurhavur

Qarabağda vurhavur

Qondarma Dağlıq Qarabağ rejimi ilə erməni millətçiləri arasında qarşıdurmanın videosu yayılıb.

ANS PRESS-in məlumatına görə, Ermənistandan 43 avtomobillə Dağlıq Qarabağa yürüşə çıxan "rejimsiz 100 il" aksiyasının iştirakçılarının qarşısı polis tərəfindən alınıb və onlara müharibə rejiminə görə yürüşə icazə verilmədiyi bildirilib. Bu zaman tərəflər arasında çaxnaşma baş verib.

Yürüş iştirakçıları jurnalistlərə bildirib ki, onlar polis kordonuna yaxınlaşan zaman silahlı maskalı şəxslər və polis onlara hücum edib.

"Jirayr Sefilyan maşından çıxıb onlarla danışmaq istədikdə minlərlə polis, həm də hərbi qulluqçular çıxıb qadınları və uşaqları döyməyə başladılar. Jurnalisti döydülər, uşaqların oturduğu maşınlarımıza daşlarla hücüm etdilər. Bizi maşınlardan çıxartmağa çalışır, telefonları alır, maşınlardan açarları götürür və bizi söyürdülər. Hətta 1 mart hadisələri də (2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərində Sarkisyan rejiminin ermənilərə divan tutduğu gün -red) belə olmamışdı. Bu 1 martın daha amansız təkrarı idi" - deyə yürüş iştirakçılarından biri açıqlama verib.

Qarşıdurmada ”Noev kovçeq” qəzetinin Moskva müxbiri Anuşava Şaxnazaryan xəsarət alıb və o, Gorus xəstəxanasına aparılıb. Jurnalistin baş nahiyəsindən travma aldığı bildirilir.

Aksiyaya rəhbərlik edən Jirayr Sefilyan başda olmaqla bütün yürüş iştirakçıları bədən xəsarətləri alıb.

"Rejimsiz 100 il" təşəbbüs iştrakçıları baş verənlərin videosunu yayıb. Videomaterialın şərhində “bu yazı Ermənistan tarixində öz yerini həmişə saxlayacaq” deyilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.