banner
banner

Hərbİ

Ukrayna ordusu ağır itki verdi

Ukrayna ordusu ağır itki verdi

Ukraynanın şərq vilayəti Donetskdə hökumət qüvvələri ağır itkilər verməkdə davam edir. Ruspərəst üsyançıların Debaltsevo şəhərinə hücumları zamanı azı 15 əsgər ölüb. Ukraynanın Müdafiə Nazirliyi çoxlu sayda əsgərin öldürülməsini Donbas regionda başlayan münaqişələr zamanı indiyə qədər baş verən ən ağır itki adlandırıb. Özlərini “Donetsk Xalq Respublikası” elan edən qrup rəhbərliyi, eyni zamanda, Uqleqorsk şəhərini də ələ keçirdiklərini söyləyib.

ANS TV-nin məlumatına görə, əməliyyatlar zamanı üsyançılar ağır artilleriyadan istifadə ediblər. Bir neçə bina, həmçinin, qaçqınlara humanitar yardım göstərən məntəqə mərmilərin hədəfinə tuş gəlib. Nəticədə azı 2 mülki vətəndaş ölüb. Rəsmi Kiyev və NATO rəhbərliyi üsyançılara açıq şəkildə Rusiyanın xüsusi təyinatlılarını dəstək olduğunu vurğulayır.

Debaltsevo əhalisi isə silahlı zorakılıqlarla əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıblar. 

Ölkənin Baş naziri Arseni Yatsenyuk artıq minə yaxın insanın şəhərdən təxliyə olunduğunu deyib.

Münaqişənin həllinə dair danışıqlar aparan təmas qrupunun növbəti iclası da uğursuzluqla nəticələnib. 

Üsyançıların nümayəndələri Donbasda yaşanan silahlı qarşıdurmaların səbəbini Ukrayna ordusunda görüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.