APA-nın Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada radardan itən helikopterin Dəniz Qüvvələrinin Dəniz Hava Komandanlığına aid olduğu bildirilib.
Konyaya təlim məqsədilə gedən helikopterlə havaya qalxandan 7 dəqiqə sonra əlaqə kəsilib.
Xilasedicilər helikopterin qalıqlarını dağlıq və meşəlik ərazidə tapıblar. Helikopterdəki 4 heyət üzvünün hamısının həlak olduğu bəlli olub. "Habertürk"ün xəbərin görə, onların cəsədləri də artıq tapılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.