Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub
Milli Məclis “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edib. Komitə sədri Əli Hüseynli 2018-ci ildə müstəqil Azərbaycan dövlətinin 100 illiyinin qeyd olunacağını, bununla bağlı prezident sərəncamının imzalandığını vurğuladı.
Həmçinin Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə əlaqədar qanun layihəsinin prezident tərəfindən göndərildiyini bildirdi. Qeyd etdi ki, orden və medallarda Azərbaycan dövlətçiliyinin atributları və Milli Ordumuzla əlaqədar atributlar öz əksini tapıb. Orden – medallaın Azərbaycan ordusundan ehtiyata buraxılmış, həmçinin Silahlı Qüvvələrdə xidmət edən hərbçilərimizə verilməsi tutulur.
Deputat Musa Qasımlı bəzi media orqabnlarında Milli Ordumuzun gözdən salınması istiqamətində səylər göstərildiyini qeyd etdi. Bildirdi ki, bu kimi hallarla hər kəs mübarizə aparmalıdır. Deputat parlament jurnalistlərinə belə təzahürlərə qarşı mübarizənin önündə getməyə çağırdı: “Çünki ordumuz millətimizin bağrından çıxıb, bizim qürur yerimizdir”.
“Cənubi Qafqazda bölıgənin İsveçrəsi olmaz mümkün deyil, burada ordu saxlamamaq mümkünsüzdür”. Bu fikri isə deputat Zahid Oruc söylədi. Ardinca deputat bildirdi i, Azərbaycanın dəyərli generallarından Ə.Şıxlinski və S.Mehmandarovun adlarına orden və medalların olması, bu orden və medalları daşıyan hər kəsə qürur verərdi: “Bir müddət öncə biz Şirin Mirzəyevlə bağlı bir tədbirə qatılmışdıq, çox qürurlu anlar yaşadıq. Biz Qarabağ savaşında məğlub olmuşuq deyə, öz qəhrəmanlarımızdan imtina etməməliyik”.
Spiker deputatın fikirlərinə təqdirlə yanaşıb “çox sağ ol Zahid müəllim, təkliflərini yaz, göndər” deyə, reaksiya verdi.
Səsvermə ilə Azərbaycan ordusunun 100 illiyi ilə bağlı orden və medallar təsis olunması barədə prezidentin təqdim etdiyi qanun layihəsi qəbul olundu.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.