2 uşaq anası olan aktrisa İrmak Ünal ideal bədən quruluşu ilə görənləri heyran edib.
40 yaşlı aktrisa dərgilərdən birinin fotokamerası qarşısına keçib. İrmak ana olduqdan sonra necə arıqlamağından da danışıb: “Həftənin 6 gününü idman edirəm. 2 ildir, qırmızı ət yemirəm. Çörək, şirniyyat da qida rasionumdan çıxıb. Əsasən balıq yeyirəm”. Qeyd edək ki, İrmak Ünal aktyor Cihan Ünalın doğma, aktrisa Türkan Şorayın isə ögey qızıdır.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.