Gəncədə həyətdə qadını ilan sancıb.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Elmar Şahbudaqov küçəsində qeydə alınıb.
Yaşadığı evin həyətində gəzən şəhər sakini 1984-cü il təvəllüdlü Gülnarə Hüseynovanın sağ topuq nahiyəsindən ilan sancıb. Qadın dərhal xəstəxanaya aparılıb, ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.


