Qızını erməni milyonçunun oğluna ərə verən Eldar Osmanov kimdir? - toydan fotolar
Rusiyalı iş adamı Eldar Osmanovun qızı Lolita sahibkar Albert Avdolyanın oğlu Qaspara ərə gedib. 600 milyon rublluq (təxminən 17 milyon 200 min manat) toy hər il Los-Ancelesdə “Oskar” mükafatlandırma mərasiminin keçirildiyi “Dolby Theatre” zalında olub. Dəbdəbəli toy mərasimində dünya ulduzları da iştirak edib. Gecənin qonaqları arasında Ledi Qaqa, Ceyson Derulo və Rusiya şou-biznesinin tanınmış nümayəndələri olub. Aparıcılıq isə Kseniya Sobçak və Andrey Malaxova həvalə edilib. Salona dəbdəbəli gəlinliklə daxil olan Lolitanın libasının qiyməti hələlik məlum deyil. Qeyd edək ki, Eldar Osmanovun kapitalının dəyəri haqda məlumat olmasa da, Albert Avdolyanın sərvətinin 800 milyon dollar olduğu bildirilir. Sosial mediada çoxları Eldar Osmanovun adına görə onun azərbaycanlı olduğunu təxmin etsələr də, biznesmen Rusiyanın türkdilli xalqının yaşadığı Kabardin-Balkar Muxtar Respublikasında anadan olub. O, doğulduğu Babugent kəndində çoxlu xeyriyyə işləri görüb. Bu fəaliyyətinə görə Osmanov Kabardin-Balkar parlamentinin fəxri fərmanı ilə təltif olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.