banner
banner

Sosİal

Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 60, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Departamentdən AzVision.az-a verilən məlumata görə, iyulun 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 37 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 230 kubmetr olmaqla ongünlük normanın 77 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 73 kubmetr olmaqla ongünlük normanın 50 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 77 kubmetr təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Salyanda 17, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 10 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 35 (2016-cı il iyulun 3-də 328 sm), Şirvanda 223, Salyanda 163 (2016-cı il iyulun 3-də 98 sm), Bankədə 177 (2016-cı il iyulun 3-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetr (2016-cı il iyulun 3-də 47 sm) təşkil edir.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.