Türkiyə Almaniya arasında növbəti gərginlik yaşanır. Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Almaniyaya etiraz notası verib. Buna səbəb isə iyulun 3-də "Siyasi Gözəllik Mərkəzi" adlı təşkilatın Berlində Almaniya hökumətinin binası qarşısında bir avtomobilin önündə açdığı plakat olub.
Notada qeyd edilib ki, Almaniya Nazirlər Kabinetinin binası qarşısında və təhlükəsizlik qüvvələrinin mühafizəsində bu cür zorakılığı təbliğ edən bir aksiyanın keçirilməsinə icazə verilməsi anlaşılan və qəbul edilən deyil, barışa xidmət etmir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salmanın şəkillərinin olduğu plakatda yazılıb ki, “bu avtomobilin sahibi olmaq istəyirsənsə, diktaturanı öldür”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.