Binəqədi Rayon İcra başçısının xidməti avtomobili bu dəfə də yol-hərəkət qaydalarını kobudcasına pozub.
Axar.az xəbər verir ki, sosial şəbəkələrdə 10 AA 812 dövlət nömrə nişanlı, “Hunday Equs” markalı avtomobilin yolun əksinə çıxaraq hərəkət etdiyi əks olunan video yayılıb. Görüntülərdə həmin avtomobilin qəza şəraiti yaratdığı, önündə sayrışan işıqların qaydalara zidd olduğu əks olunub.
Avtosfer.az-ın apardığı araşdırmalardan sonra məlum olub ki, həmin avtomobil Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti avtomobilidir.
İcra başçısının avtomobilini idarə edən sürücünün belə kobud şəkildə qaydanı pozması birmənalı qarşılanmayıb. Vəzifə sahibi olan şəxsin sürücüsünün avromobili bu cür idarə etməsi və qəza şəraiti yaratması hər şeydən öncə başçının, həmçinin digər sürücülərin həyatını təhlükəyə atmaqla bərabər, ölkə rəhbərliyinin tapşırıqlarına əməl edilmədiyi təsəvvürü yaradır.
O ki qaldı sayrışan işıqlara, yəni sirenaya, qanuna görə, bu işıqlardan yalnız xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrində istifadə edilə bilər. Lakin birmənalı şəkildə demək olar ki, icra başçılarının xidməti maşınları nə xüsusi təyinatlı, nə də operativ nəqliyyat vasitəsidir. Adından da göründüyü kimi o, sadəcə, xidməti avtomobildir.
Aparılan araşdırmalarımızdan o da məlum oldu ki, hazırda Xaləddin İsgəndərovun xidməti avtomobilinin Dövlət Yol Polisinin elektron sistemində 6 MMX radarı var. Bundan əlavə, müxtəlif qayda pozuntularını əks etdirən 30-a yaxın kamera görüntüləri də qeydə alınıb. Deməli, sürücü xidməti avtomobildə qayda pozuntusunu qəsdən törədir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.