banner
banner

Gündəm

Sərkisyanın öldürdüyü 2 yaşlı Zəhra...

Sərkisyanın öldürdüyü 2 yaşlı Zəhra...

Bu, dünən axşam errməni hərbçilərinin öldürdüyü 2 yaşlı Zəhranın son şəklidir. Bu şəkli sosial şəbəkədə jurnalist Eynulla Fətullayev yayıb.

Dünən bu vaxt bu uşaq anasının, nənəsinin ətəyindən tutub gəzir, gördüyü hər şey barədə saysız-hesabsız suallar verirdi.

Bu gün bu uşaq artıq həyatda yoxdur. 

Ondan bir şəkillər, bir də balaca məzar qalacaq. 

Zəhranın kəndini, evini top atəşinə məruz qoyaraq dağıdan, onunla birlikdə daha bir qadını öldürən, digərini yaralayan erməni topçu isə heç bir vicdan əzabı çəkmədən yaşayacaq.

Yəqin ki, onu mükafatlandıracaqlar da. Düşmən öldürüb axı. 2 yaşlı körpə qızcığazı öldürüb.

Əslində o qatil topçu bu körpənin qətlinin məsuliyyətinin yarısını daşıyır. Bu qana görə əsas məsuliyyət daşıyan şəxs o topçunu, eləcə də digər erməni hərbçiləri Dağlıq Qarabağa heç bir dəxli olmayan, Aran Qarabağın belə ucqarında yerləşən Alxanlı kəndinin həndəvərinə göndərən Serj Sərkisyandır.

Üzü bəri, dinc xalqa güllə atan hər bir erməni əsgərinin komandirivə əmr verən odur - Ermənistan prezidenti Serj Sərkisyan.

 Bu şəklə baxanda müharibəyə,ona başladanlara, dinc sakinlərə əl qaldıranlara nifrət etməmək mümkün deyil.

Ayrıca bu, hərbi cinayətdir. Cəzalandırılmalıdır. Haaqa tribunalı bu cür qətllər törədən hərbçilər üçündür.

Bir-iki il öncə Aralıq dənizinin Türkiyə sahillərində dənizdə batan, təxminən Zəhra yaşda bir miqrantın cəsədi sahilə çıxmışdı, bütün dünya ayağa qalxdı. İndi də bəşər əhli eyni reaksiyanı göstərməli, aqressoru qınamalıdır.

 

 
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.