banner
banner

Gündəm

Leyla Əliyeva Zəhraya şeir həsr etdi

Leyla Əliyeva Zəhraya şeir həsr etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni təxribatının qurbanı olan 2 yaşlı Zəhraya şeir həsr edib. Modern.az xəbər verir ki, Leyla Əliyeva şeiri İnstagram hesabında paylaşıb:

 

Zəhranın xatirəsinə...

 

Niyə öldürdülər, de, səni axı?

O körpə canına necə qıydılar?

İki yaşlı qızın nəymiş günahı –

Aparıb soyuq bir qəbrə qoydular!

Dağları, düzləri sevirdin yəqin,

Qaçırdın otluqda ayağıyalın…

Zərif izlərini kim sildi sənin –

O hansı cəlladdı, o hansı zalım?!_

Heç mavi dənizdə çimmişdinmi sən,

Durub baxmışdınmı uçan quşlara?

İndi hara qaçaq dərdin əlindən,

Kim bizi qərq etdi göz yaşlarına?

Cəllad gülüşüylə durub, yaxından

Tutdular gülləyə, qurşuna səni;

Sənsə köçüb getdin şirin yuxuda...

İlahi, sən özün bağışla məni!

Sıxır ürəyimi, sıxır bu ağrı –

Bu yara heç zaman sağalan deyil!

Nədən o körpəyə qıydınız axı?

Axı neyləmişdi sizə o tifil?

Bağışla məni ki, deyildik tanış!

İndi bütün ölkə yas tutub sənə…

Həyat yollarında addım atmamış

Uçdun mələk kimi uca göylərə!

Niyə öldürdülər, de, səni axı?

Nə cavab verəcək zalım, nə üzlə?

Solan çiçəklərin nədir günahı

O bircə qarışlıq məzarın üstdə...

 

Müəllif: Leyla Əliyeva

Tərcümə: Mahir Qarayev




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.