"Lukoyl"un birinci vitse-prezidenti Vladimir Nekrasov şirkətin 4029 səhmini alıb.
Axar.az xəbər verir ki, bu barədə informasiya şirkətin rəsmi saytında yerləşdirilib. Məlumatda Nekrasovun bunun 11,857 milyon rubl xərclədiyi deyilib. Qeyd edək ki, Lukoyl şirkətində ən böyük səhm sahibi Vahid Ələkbərovdur. O, şirkətin aksiyalarının 20%-nə yiyələnib. Ondan sonrakı pilləni isə 9,5%-lik səhm payı ilə Leonid Fedun tutub. Onu da xatırladaq ki, "Lukoyl"un nizamnamə kapitalı 21,26 milyon rubldur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.