banner
banner

Sosİal

Həftə sonu iki saat artıq yatsanız...

Həftə sonu iki saat artıq yatsanız...

İnsanlar həftə sonlarında istirahəti daha çox yatmaqla bir araya gətirirlər. Yəni, şənbə-bazar günləri, səhərlər daha gec oyanırsızsa, özünüzü daha çox istirahət etmiş sayırsınız. Halbuki alimlər sübut edib ki, artıq yuxu piylənməyə səbəb olur. Yəni, həftə sonları kim nə qədər çox yatırsa, bir o qədər də piylənmə ilə əlaqədar xəstəliklər qazanır.

Mütəxəssislərin rəyinə görə, iş və istirahət günlərindəki yuxu müddətinin fərqi bədən üçün təhlükə törədir. Onlar bunu 800-dən çox könüllü insan üzərində araşdıraraq sübut ediblər. Əvvəlcə könüllülərin çəkisi, boyu ölçülüb, onlardan qan nümunələri götürülüb. Sonra könüllülər arasında neçə saat yatmaları haqqında sorğu aparılıb və maraqlı nəticələr alınıb.

Məlum olub ki, adi iş günü ilə müqayisədə istirahət günü iki saat artıq yatanların çəkiləri artır və onlarda diabet xəstəliyinə meyillilik yaranır. Mütəxəssislər vəziyyətdən çıxış yolu üçün fəal həyat sürməyi, səhər tezdən idman zallarına getməyi məsləhət bilirlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.