FİFA-dan Meksika millisinin baş məşqçisinə 6 oyunluq cəza
FİFA Meksika milli komandasının baş məşqçisi Xuan Karlos Osorionu cəzalandırıb. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 56 yaşlı mütəxəssisin Konfederasiyalar Kubokunda Portuqaliyaya qarşı keçirilən oyunda (1:2) hakimləri təhqir etməsi ona baha başa gəlib.
Ali futbol qurumunun qərarına əsasən, Osorio 6 oyunluq cəzalanıb. Bundan başqa o, 5 min İsveçrə frankı həcmində cərimə ödəyəcək.
Xatırladaq ki, Portuqaliya - Meksika görüşünün (2:1) baş hakimi Səudiyyə Ərəbistanını təmsil edən Fahad Al-Mirdasi olub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.