28 yaşlı aktrisa Culianna Haf 34 yaşlı sevgilisi Bruks Layka ərə gedib. Cütlük toya 200 qonaq çağırıb. Toy həftənin cümə axşamı gecə saatlarından başlayıb və şənbə gününə qədər davam edib. Belə ki, qonaqlar ilk gün oteldə bir araya gəliblər, şam yeməyi yeyiblər. Cümə günü onlar göl kənarında "Coeur d’Alene Resort"a yığışıblar. Şənbə günü isə nikah mərasimi baş tutub. Culianna gəlinlik donunu "Marchesa"dan seçib. Bəy isə "Brooks Brothes"dən klassik kostyum geyinib. Toyun baş tutduğu məkan qızıl güllərlə bəzədilib. "Heç vaxt öz toyum haqda düşünməmişdim. Amma indi onu bilirəm ki, bu hissləri bir də heç vaxt yaşamayacam" deyə haf bildirib.
Bruks isə hər zaman toyunun açıq havada olmasını arzuladığını söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.