banner
banner

İdman

“Qarabağ” “Qəbələ”dən daha güclüdür” - “Samtredia”nın baş məşqçisi

“Qarabağ” “Qəbələ”dən daha güclüdür” - “Samtredia”nın baş məşqçisi

"Qəbələ"yə 1:5 hesabı ilə uduzan "Samtredia” ilə indiki arasında ciddi fərq var. O vaxt oyunçularımız çox cavan idi. Hazırda isə heyətlə bağlı problemimiz yoxdur”.

Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə  görə, bunu Gürcüstanın "Samtredia” klubunun baş məşqçisi Georgi Tsetsadze Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ” ilə ilk matçdan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Qarşıdakı matçda hansı nəticə sizi qane edəcək?

- Sabah görəcəksiniz. Yaxşı oyun olacaq. Nəticəni təxmin etmək istəmirəm.

- "Qarabağ”la "Qəbələ”ni müqayisə etsəniz, hansı komanda daha güclüdür?

- "Qarabağ” daha güclüdür, son illər çempion olur.

- "Samtredia” niyə "Qarabağ”ı öz şəhərində yox, Tiflisdəki "Dinamo” stadionunda qəbul edəcək?

- "Dinamo”da oynamaq sırf mənim istəyimdir. Samtrediada rəqibi qəbul edə bilməməyimizə gəlincə, stadionumuz UEFA standartlarına cavab vermir.

- "Qarabağ”ın heyətində kimləri qeyd edərdiniz?

- Rəqib güclü komandadır. Kimisə ayrılıqda fərqləndirmək istəməzdim.  "Qarabağ” kombinasiyalı futbol sərgiləyir. Yaxşı olardı ki, ümumiyyətlə oynamayaydılar (gülür).

- "Qarabağ”ın keçirdiyi bütün yoxlama matçlarında uduzmasının sizin üçün bir önəmi var?

- Xeyr. Bu, yoxlama görüşləridir. Rəsmi oyunlar başqa cür olur

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.