Magistraturada oxuyacaq 2767 oğlana hərbi xidmətdən möhlət hüququ verilir
2017-2018-ci tədris ili üçün magistraturaya qəbul 70 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.
Dövlət İmtahan Mərkəzindən cia.az-ın sorğusuna cavab olaraq bildirlib ki, ayrılmış 7703 plan yerinə 6233 bakalavr (onlardan 2352 nəfəri dövlət sifarişi əsasında) qəbul olunub və plan yerləri 80.92% dolub.
Magistraturaya qəbul olunan bakalavrların 2767 -si oğlan, 3466 –ı isə qızdır.
“Elm haqqında” qanunun 5-ci maddəsində (Elmin inkişafı üzrə məqsədli proqramlar) göstərilib ki, təhsilin fasiləsizliyi prinsipinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna uyğun olaraq, Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrinin və elmi müəssisələrin və təşkilatların magistratura (rezidentura) və doktoranturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ təmin edilir. Bu da o deməkdir ki, bu il magistraturaya qəbul olunan 2767 oğlana hərbi xidmətdən möhlət hüququ veriləcək.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.