Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunub. Dairənin diametri 15 metr təşkil edir.
“Azəravtoyol”dan verilən məlumata görə, yeni dairənin inşası sözügedən ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin edib. Dairə Zığ-Hava limanı, Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirir.
Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan avtomobil yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə də dairəyə doğru yeni yol hissəsi salınıb. Bundan başqa Zığ qəsəbəsinə giriş və çıxış yolları, həmçinin Hövsan yoluna normal hərəkəti təmi etmək üçün də yeni yol hissələri salınıb, mövcud yollar isə yenidən qurulub. Yeni yolların ümumi uzunluğu 1850 m, eni isə 7-11 metr arası dəyişir. Dairə və yol kənarlarına ümumilikdə 3 min paqon-metrdən çox səki daşı düzülüb.
Hazırda ərazidə son tamamlanma işləri aparılır, yeni səki daşları düzülür, 300 metr uzunluğunda istinad divarları inşa edilir. Bu işlər tam olaraq yekunlaşandan sonra zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, ərazidə üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, dairənin və yeni yol hissələrinin inşası ilə hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və ordan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.