Məşhur türk müğənnisi Murat Dalkılıç yazda Bakıya gələcək.
ANS PRESS-in məlumatına görə, müğənninin səfərinin məqsədi konsert proqramı ilə bakılılar qarşısında çıxış etməkdir.
Populyar ifaçının konserti martda – Novruz bayramı ərəfəsinə təsadüf edəcək. Bu barədə tanınmış azərbaycanlı təşkilatçı nahid Emiloğlu xəbər verib.
Qeyd edək ki, müğənni ilk olaraq 2008-ci ildə Murat Boz ilə duet oxuduğu “Kasaba” mahnısı ilə debüt edib. Mahnı radiolarda pleylistlərə ən çox salınanlardan olub. Sonuncu “Daha dərinə” adlı musiqi albomunu 2014-cü ildə çıxarıb
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.