Pakistanın qərbində naməlum şəxslər polis patruluna atəş açıb. Trend-in məlumatına görə, hadisə nəticəsində 4 polis əməkdaşı həlak olub.
Qeyd olunur ki, hücum Bəlucistan əyalətinin Kvetta şəhərində baş verib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Hücumla bağlı məsuliyyəti hələ üzərinə götürən olmayıb.


