Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının keçmiş direktoru Tovuz Eminli Təhsil Nazirliyini məhkəməyə verib.
CİA.Az "Report"a istinadən xəbər verir ki, sabiq direktor Nəsimi rayon Məhkəməsinə müraciət edərək nazirliyin onun işdən çıxarılması ilə bağlı verdiyi əmrin ləğv edilməsini xahiş edib. Nəsimi rayon Məhkəməsi müraciəti təmin etməyib. İşə Bakı Apelyasiya və Azərbaycan Ali Məhkəməsində baxılıb. Ali Məhkəmə aşağı instansiya məhkəməsinin qəbul etdiyi aktı ləğv edib.
Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının direktoru Tovuz Eminli vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Təhsil Nazirliyinin 03.06.2013-cü il tarixli 11/491 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.