Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsində (PB) yoxlamalara başlayıb.
"Report"un məlumatına görə, yoxlamalar zamanı bölmənin maddi-texniki bazası, polis nəfərlərinin adına təhkim olunan avtomobillərin texniki vəziyyəti nəzərdən keçirilib. Həmçinin 14-cü PB-nin şəxsi heyətinin işə davamiyyəti də yoxlanılıb.
Qeyd edək ki, 14-cü PB-nin rəisi polis polkovnik-leytenantı Zaur Bədəlovdur. O, bir neçə il əvvəl Nardaran qəsəbəsində baş verən ixtişaşlar zamanı 14-cü PB-nin rəis müavini olub və həmin vaxt başından yaralanıb. Sonradan Z.Bədəlov həmin bölmənin rəisi təyin olunub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.