Ukrayna prezidenti Pyotr Poroşenko 17-19 iyul tarixlərində Gürcüstana səfər etmək niyyətindədir.
APA-nın Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Poroşenko administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev bildirib. Səfər çərçivəsində bir sıra ikitərəfli müqavilələr imzalanacaq.
“Gürcüstanla strateji tərəfdaşlığımızın gücləndirilməsini gözləyirik. Əməkdaşlığımızın iqtisadi sərmayə potensialını üzə çıxaracaq bir sıra sənədlər imzalanacaq”, - deyə Yeliseyev bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.