Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı ispan futbolçu ilə 3 illik müqavilə imzalanıb. Təzminat qiyməti barədə məlumat verilməyib.
Qeyd edək ki, Nolito ötən mövsüm İngiltərə Premyer Liqasında 19 oyun keçirib, 4 qol vurub və 2 qolun ötürməsini verib. “Mançester Siti”də əsas heyətdə yerini itirən futbolçu baş məşqçi Xosep Qvardioladan narazı olmadığını desə də, komandadan ayrılmaq istədiyini açıqlamışdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.