banner
banner

İdman

Reynaldonun transferi niyə baş tutmadı?

Reynaldonun transferi niyə baş tutmadı?

“Qarabağ”ın sabiq hücumçusu Reynaldonun İsveçrənin “Young Boys” klubuna keçidi baş tutmayıb.

Qol.az-ın xəbərinə görə, bu haqda Adana mətbuatı məlumat yayıb.

Qeyd edək ki, müqavilə ilə “Adanaspor”a məxsus olan braziliyalı futbolçunun bir müddət əvvəl bu komandadan ayrılaraq  “Young Boys”la danışıqlara getdiyi bildirilmişdi. Amma yayılan son xəbərlərə əsasən, Reynaldo yenidən “Adanspor”un düşərgəsinə qayıdıb.

Hələlik rəsmi təsdiqlənməyən xəbərə görə, eks “Qarabağ”lı tibbi müayinədən uğurla keçə bilmədiyindən onun “Young Boys”a transferi alınmayıb.

Xatırladaq ki, superliqanı tərk edən "Adanaspor" yeni mövsümdən birinci liqada yarışacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.