Xəbər verdiyimiz kimi, bir həftə əvvəl prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi ölkə gündəmində geniş müzakirələrə səbəb olmuşdu.
Məlumat üçün bildirək ki, generalın oğlunun döydüyü sürücü “Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusu idarə edib. Son günlər isə bir sıra mətbuat orqanlarında məhz Rüstəm Orucovun həbsinin arxasında “Xaliq Faiqoğlu” MMC-nin iştirak etdiyi vurğulanır və şirkətlə bağlı ittihamlar səsləndirilir.
Bu gün Novruzəli Orucov “Qafqazinfo” ilə əlaqə saxlayaraq oğlunun “Xaliq Faiqoğlu” şirkəti tərəfindən tutdurulması haqqında yazılanları cəfəngiyyat adlandırıb. O qeyd edib ki, “Xaliq Faiqoğlu” şirkətinin rəhbərliyini bu günə kimi tanımayıb: “Şirkətlə heç bir əlaqəm olmayıb. Hadisə şirkətin sürücüsünün başına gəlib. Olay bu şirkətin yox, digər bir şirkətin də sürücüsü ilə də yaşana bilərdi. Çox təəssüflər olsun ki, bu hadisə oldu. Şirkətlə bağlı heç bir şikayətim yoxdur. Jurnalistlər yazırlar ki, guya ki, Faiq müəllim oğlumu tutdurub. Bunlar hamısı boş söhbətlərdir.
Yazırlar ki, oğlumun həbsindən sonra sürücüyə zəng edib onu şantaj etmişəm. Əksinə, ona heç bir iradım yoxdur. Nə sürücünün, nə də şirkətin bizə qarşı şikayəti var".
Sabiq rəis müavini oğlu ilə görüşmədiyini qeyd edib:
"Oğlum həbs ediləndən sonra onunla görüşməmişəm. Əsasən vəkili və qardaşı görüşür. Qanuna uyğun olaraq görüş keçirilir. İstintaq gedir və yəqin ki, cəzasını alacaq".
N. Orucov ailəsi haqda səsləndirilən fikirlərə sərt münasibət bildirib:
"Bütün saytlar mənim və ailəm haqqımda təhqir dolu yazılar yayımlayır. İllərlə bu dövlətə qulluq etmişəm. Yazıların altında biabırçı söyüşlər yazırlar. Ayıbdır. Sizin vasitənizlə müraciət edirəm ki, o təhqirləri yığışdırsınlar. Bu hər bir adamın başına gələ bilər. Əks halda, mən məhkəməyə müraciət etməli olacam".
General hazırda nə işlə məşğul olduğunu da açıqlayıb:
"Mən heç nəylə maraqlanmıram. Sərəncam verildiyi gündən də evdə oturub nəvələrimlə oynayıram".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.