Suriya parlamentinin spikeri Hadiya əl Abbas istefaya gedib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Suriya parlamentinin Mətbuat Xidməti yayıb. Abbasın yerinə spiker vəzifəsinə müvəqqəti olaraq Nadcat Anzor təyin olunub. Yeni spiker seçimi bazar günü keçiriləcək.


