Bir zamanlar Hollivudun məşhur cütlüyü olan Ancelina Coli və Bred Pit boşanma müddətində müxtəlif söz-söhbətlərin yayılmasına səbəb olublar. Əsasən də 6 uşağın himayədarlığı barədə razılaşa bilməyən tərəflərin bir-biri ilə münasibəti soyumuşdu. Lakin son günlər media iddia edir ki, cütlük gizlicə görşürlər. Bu görüşlərdə Pitt uşaqları ilə vaxt keçirə bilir. Onlar bir zamanlar ailənin yaşadığı evdən bir qədər aralıda birgə vaxt keçirirlər. Bunun Ancelinanın qərarı olduğu deyilir. Çünki o, uşaqları ataları ilə görüşmək üçün evdən göndərəndə özünü pis hiss edirmiş, bu səbəbdən də görüşlərin daha səmimi keçməsi üçün ailəni bir araya gətirməyi düşünüb.
Digər iddialara görə isə, onlar bir zamanlar tez-tez getdikləri ev heyvanı satılan bir məkanda görüşürlər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.