banner
banner

Dünya

İordaniya qisas aldı

İordaniya qisas aldı

Bu gün səhər İordaniyada İraqdan olan terrorçu qadın Səcidə ər-Rişavi olmaqla 2 terrorçunu edam edilib.

ANS PRESS-in məlumatına görə, bununla da İordaniya hakimiyyəti İŞİD-in girov götürdüyü pilotun ölümünün qisasını alacağı barədə sözü tutmuş oldu.

Associated Press ikinci edam olunanın adının Ziad əl-Karubi olduğunu bildirir.

Qeyd edək ki, İordaniya təyyarəsi 2014-cü ilin dekabr ayında vurulmuşdu. Bundan sonra pilotu əsir götürən İŞİD terrorçuları onu dəmir qəfəsə bağlayaraq diri-diri yandırıblar. 

İordaniya hakimiyyəti 2 edamla dayanmaycaqlarına, əllərində olan digər terrorçuların edam olunması ilə qisasın davam edəcəyinə söz verir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.