Türkiyədə 4 nəfər Gürcüstan vətəndaşı soyğunçuluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
ANS PRSES-in məlumatına görə, İstanbulun 3 müxtəlif rayonlarında 1 miyon lirədən (322 000 azn) artıq pul oğurlayan gürcülər alış-veriş mərkəzlərindən birində şübhəli hərəkətlər etdiyi üçün təhlükəsizlik işçilərinin diqqətini çəkib və polis tərəfində saxlanılaraq şöbəyə aparılıb.
Şübhəlilər haqqında aparılan araşdırmalardan və izahatları alınandan sonra onların silah gücü ilə bir neçə yerdə bank soyduqları, vətəndaşları hədələməklə pullarını mənimsədikləri məlum olub. Hətta soyğunçuların cinayət əməllərini təsdiqləyəcək kamera görüntüləri də əldə edilib.
Polis idarəsi araşdırmalardan sonra saxlanılan 4 gürcüdən birini deportasiya edib, üçünü isə törətdikləri cinayət faktlarına görə təqsirkar bilərək saxlamalı olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.