banner
banner

Gündəm

Yol polisi cəriməsi olan sürücülərlə bağlı SƏRT YOLA əl atdı

Yol polisi cəriməsi olan sürücülərlə bağlı SƏRT YOLA əl atdı

Azərbaycanda sürücülərin əksəriyyəti barələrində tərtib olunmuş protokollar üzrə cərimələri vaxtında ödəmir. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, indiyədək ödənilməyən cərimələrin miqdarı 50 milyon manata çatıb. Son illər sürücülər cərimələri ödəməkdən daha çox yayınırlar. Dövlət Yol Polisi bunu nəzərə alaraq cərimələri vaxtında ödəməyən sürücülərə qarşı sərt addım atıb. Cia.az saytı Avtosfer.az-a istinadən xəbər verir ki, artıq Azərbaycana yeni xüsusi cihaz gətirilib. Bu cihaz xüsusi avtomobildə quraşdırılır və yaxınlıqdan keçən avtomobillərin nömrə nişanının dərhal oxuyur. Nəticədə avtomobilə aid ödənilməmiş cərimələrin olub-olmadığı dərhal üzə çıxır.

DYP bu cihazı yaxın günlərdə işə salacaq. Artıq sınaq tədbirləri görülür. İlk olaraq bu cihazlardan Bakıda istifadə edilməsi nəzərdə tutulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov belə bir cihazın alınıb ölkəyə gətirildiyini təsdiq edib: 

“Bu cihaz müasir cihazdır və cəriməsi olan nəqliyyat vasitələrini dərhal qeydə alır. Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərə və avtomobil sahiblərinə müraciət və xəbərdarlıq edirik ki, cərimələri və faizləri vaxtında ödəsinlər. Əks halda həmin cihaz vasitəsilə aşkar olunan avtomobillər saxlanılacaq və cərimə meydançasına aparılacaq. Qanunvericilikdə də qeyd olunur ki, cərimə bir ay ərzində ödənmədikdə üzərinə faiz gəlir. İki ay ərzində ödənməsə avtomobilin saxlanılması barədə qərar çıxarılır. Üç ay ərzində ödənilmədikdə isə avtomobil cərimə meydançasına aparılmaqla yanaşı, həmin xətanı törətmiş şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Dövlət yol polisi də qanunun tələblərinə uyğun olaraq və yeni xüsusi cihazın köməyi ilə cərimələrin ödənməsini təmin etməyə çalışacaq. Yaxın günlərdə həmin cihazdan istifadə edəcəyik”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.