Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” növbəti yoxlama matçına çıxıb. Türkiyə klubu İtaliya təmsilçisi “Südtirol”la qarşılaşıb. Görüş “Bursaspor”un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində başlayan millimizin hücumçusu komandasının 2-ci qolunun müəllifi olub. O, fasilədən sonra əvəzlənib. Qeyd edək ki, ötən mövsüm komandadan kənarlaşdırılan Dəniz Yılmaz ötən həftə yeni baş məşqçi Pol Le Quen tərəfindən bağışlanaraq heyətə qaytarılıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.