banner
banner

Sosİal

DİM 189 abituriyentə xəbərdarlıq etdi

DİM 189 abituriyentə xəbərdarlıq etdi

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər iyulun 27-də keçiriləcək yeni imtahan üçün “imtahana buraxılış vərəqəsi”ni çap edirlər.

Modern.az xəbər verir ki, 26 iyul saat 10:40-a olan məlumata əsasən imtahanda iştirakı gözlənilən 832 abituriyentdən 189 nəfəri hələ də “imtahana buraxılış vərəqəsi”ni çap edib götürməyib.

“İmtahana buraxılış vərəqəsi”ndə yeni imtahanın keçiriləcəyi yer, bina, vaxt və s. haqqında məlumatlarla tanış olmaq olar.

Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlərarasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.